Gənc Mühasiblər İctimai Birliyi Xaçmaz rayonunda fəaliyyət göstərən fermerlər üçün təlim keçib

2020-09-10 06:57:30
Post Image

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "Regionlarda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi" layihəsinin ilk təlimi, bu gün Xaçmaz rayonunda fəaliyyət göstərən fermerlər və kənd təsərrüfatı korparativlərinin iştirakı ilə həyata keçirilmişdir.

Təlim, Gənc Mühasiblər İctimai Birliyinin sədri xanım Solmaz Əliyevanın açılış nitqi ilə başlamışdır. Solmaz xanım layihə haqqında geniş məlumat verərək iştirakçıları salamlamışdır.

Təlimdə həmçinin Azərbaycan Fermerlər Assosiasiyası - AFA-nın sədri cənab Pərviz İlyasov (Parviz Azerelli) də iştirak etmişdir. Pərviz bəy kənd təsərrüfatı sahəsində olan yeniliklər, bu sahəyə olan dövlət dəstəyi, subsidiyalar və buna bənzər mövzular haqqında geniş məlumat verərək, iştirakçılar tərəfindən ünvanlanan suallara dəqiqliklə cavab vermişdir.

Təlimçi İsa Şəfiyev, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi islahatlar, kənd təsərrüfatı ilə əlaqədar olaraq informasiya əldə etmək üçün verilənlər bazasının formalaşdırılması, EKTİS-dən qeydiyyatdan keçmə, subsidiyaların verilməsi və s. aktual mövzularda məlumat verərək, kənd təsərüffatı korparativi nümayəndələri ilə fermerlərin təklif və iradlarını aidiyyatı orqanlara çatdırmaq üçün onları yaxından dinləmişdir.

Təlim ümumilikdə iştirakçıların marağına səbəb olaraq uğurla yekunlaşmışdır.

Təlim müddəti ərzində bizə yaxından dəstək olduğuna görə Xaçmaz Rayon İcra Hakimiyyətinə öz dərin təşəkkürümüzü bildiririk.

 

Yuxarı