Gənc Mühasiblər İctimai Birliyinin layihəsinin icrası davam edir

2022-04-11 12:04:48
Post Image

Gənc Mühasiblər İctimai Birliyinin layihəsinin icrası davam edir

 

Gənc Mühasiblər İctimai Birliyinin “Kiçik və Orta Sahibkarlıq mühasibləri üçün Peşəkar Mühasib Sertifikatı ilə bağlı maarifləndirici tədbirlərin təşkili” layihəsinin icrasına başlanılıb. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Layihə çərçivəsində nəzərdə tutulan mühasiblərin və mütəxəssislərin iştirakı ilə peşəkar mühasib sertifikatının əldə edilməsi prosesinin təşkili, PMS-in əhəmiyyəti, PMS almağın üstünlükləri, imtahanların keçirilməsi və mövzu ilə bağlı iştirakçıları maraqlandıran digər məsələlərin müzakirə edilməsi məqsədilə Bakı şəhərində 1-ci seminar təşkil olundu. Seminarda 15 mühasib iştirak etdi. Seminara PMS üzrə mütəxəssisləri Elvin Həsənov və Emin Quliyev təlimçi qismində dəvət olunmuşdur. Seminar müddətində nəzərdə tutulan mövzular üzrə mütəxəssislər məlumat verdi və yekunda isə iştirakçı mühasiblərə maraqlı olan PMS imtahanı ilə bağlı suallarına cavablar verildi.

Yuxarı