GMB Klaster Konsaltinq MMC 3 iyun 2022-ci il tarixindən etibarən Women’s Empowerment Principles (WEPs)-in üzvüdür.
GMB Klaster Konsaltinq MMC WEPs-in üzvü olaraq iş yerində, bazarda və cəmiyyətdə gender bərabərliyini və qadınların səlahiyyətlərinin artırılmasını təşviq etmək öhdəliyinin bir hissəsi kimi Birləşmiş Millətlər Təşkilatının Qadınların Gücləndirilməsi Prinsiplərini (WEPs) qəbul etmişdir.
Şirkətin direktoru Solmaz Əliyeva BMT-nin qadınlarla bağlı bu proqramını təqdir edərək qeyd edir : "Dünyanın qlobal problemlərindən biri gender bərabərliyidir. Mən bir qadın menecer kimi həmişə gender bərabərliyini dəstəkləmişəm. Mən gender bərabərliyini təmin etmək üçün belə proqramlara qoşulmaqdan məmnunam"