“Gənc Mühasiblər” İctimai Birliyinin Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Peşəkar Mühasib” layihəsinə start verilmişdir.
Layihənin məqsədi, ölkənin peşəkar kadr ehtiyatının gücləndirilməsinə dəstək olmaq, bu sahədə təhsil alan və fəaliyyət göstərən gənc mühasiblərin bir araya toplanıb elmi və şəxsi inkişafları ilə bağlı Beynəlxalq Mühasibat Uçotu Standartları, Maliyə Uçotu və Vergi Qanunvericiliyi kurslarına cəlb olunması, gənc mühasiblərin işlə təmin olunması, peşəkar mühasib imtahanına hazırlıqla bağlı təlimlərin keçirilməsindən ibarətdir.
Qanunvericilikdə baş verən dəyişikliyə görə peşəkar statusu almaq istəyən hər bir mühasib peşəkar mühasib təşkilatına üzv olmalı və imtahandan keçməlidir. Məşğulluğun təmin edilməsi, mühasiblərin bilik və bacarıqlarının artırılması və peşəkar mühasib sertifikatı almaları onları üçün ilkin mərhələdə 21-30 yaşlı Bakıdan 30, Xaçmazdan 10, Gəncədən 20 nəfər gənc mühasib “Peşəkar Mühasib” kursuna cəlb olunacaqlar . Ölkədə kadr ehtiyyatına dəstək olaraq layihə çərçivəsində yaradılacaq saytda, mühasiblər öz CV-lərini sayta yerləşdirərək layihəyə cəlb olunan şirkətlərin elan etdikləri vakansiyalara müraciət edə biləcəklər və beləliklə mühasiblərin məşğulluğu təmin ediləcək. Layihə çərçivəsində maarfiləndirici video çarxlar hazırlanaraq KİV-də yayımlanacaq.