2004-cü ildə Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə layihə həyata keçmişdir. Layihə çərçivəsində "Mühasibat uçotu: nəzəriyyə və praktika" adlı kitab nəşr olunub. Kitabın ümumi həcmi 300 səhifə olmaqla 100 tirajla dərc olunmuşdur. Kitab Bakı şəhərində keçirilmiş treninq kurslarda iştirak edən QHT nümayəndələri, mühasibat peşəsinə yiyələnməkdə olan gənclərə və ictimaiyyət nümayəndələri arasında pulsuz paylanmışdır.