Gənc Mühasiblər İctimai Birliyinin Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihəsi üzrə mühasibatlıq təlimləri davam edir

Gənc Mühasiblər İctimai Birliyinin Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihəsi üzrə mühasibatlıq təlimləri davam edir.

Layihənin əsas məqsədi, Qarabağ bölgəsinin sosial-iqtisadi inkişafına dəstək verməkdir. Həmçinin, ölkənin təcrübəli kadr ehtiyatının artırılmasına dəstək olmaq məqsədilə bu sahədə təhsil alan və fəaliyyət göstərən gənc mühasiblərin bir araya toplanıb elmi və şəxsi inkişafları ilə bağlı olaraq bu Təcrübə Mərkəzində təcrübə qazanması, həmçinin müxtəlif təlimlərə qoşularaq nəzəri və praktiki biliklərini gücləndirməkdir.

İştirakçılar, daha sonra Qarabağ regionunda fəaliyyət göstərərək həm bu bölgədə yaranmış kadr potensialının artırılmasına, həm də təlimçi olaraq daha çox gəncin şəxsi inkişafına öz töhvələrini verəcəklər. Təlimlərin yekununda həyata keçiriləcək imtahan nəticəsində seçilən mühasiblərdən ibarət təlimçi bazası yaradılacaq və onlar layihənin davamlılığında təlimçi kimi layihəyə cəlb olunacaqlar. Layihənin uzun müddətli nəticəsi olaraq bu bölgədə məşğulluğun artırılması hədəflənməkdədir.

Yuxarı